İcarə avtomobil kateqoriyaları

Ekonom avtomobillər

Bu kateqoriyaya aid avtomobillər ucuz, qənaətcil və şəhərdə istifadəsi rahatdır. Hyundai Accent, Volkswagen Polo, Chevrolet Cobalt tipli maşınlar buraya aiddir.

Comfort Avtomobillər

Bu kateqoriyaya aid avtomobillər nisbətən geniş salona malik və daha rahat sürüş təklif edir. Hyundai Sonata, Kia Optima, Toyota Camry kimi avtomobillər buraya aiddir.

Yolsuzluq avtomobilləri

Buraya Hyundai Tucson, Kia Sorento, Toyota Prado

kimi dağlara səyahət edə biləcəyiniz həm Krossoverlər, həm də 4x4 tipli avtomobillər aiddir.

Premium Avtomobillər

Bu kateqoriyaya həm lüks sedanlar, həm də lüks yolsuzluq avtomobilləri daxildir. Məsələn, Mercedes S class, Toyota Land Cruiser, Range Rover, BMW X7

İdman avtomobilləri

Bu kateqoriyaya Ford Mustang və Chevrolet Camaro kimi avtomobil modelləri daxildir ki, həm üstü açıq həm də üstü bağlı modellərimiz mövcuddur.

 

Minivenlər

Bu kateqoriyaya 7 və 8 nəfərin rahat yerləşə biləcəyi Mercedes Vito və Viano, Hyundai Staria kimi iri avtomobil modelləri daxildir. Sürücü ilə şərtlərimiz mövcuddur.